Keçid linkləri

2024, 08 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 16:14

Suriya prezidenti Azərbaycana gəlir


Suriya prezidenti Bəşər Əl Əsəd iyulun 8-də Azərbaycana iki günlük səfər edəcək. Bu səfər Azərbaycan prezidenti İlham Əliyevin rəsmi dəvəti ilə baş tutacaq.

Məlumata görə, Əl Əsədin Azərbaycana səfəri Suriyanın Mərkəzi Asiyaya iqtisadi və siyasi cəhətdən daha inteqrasiyasını təmin etmək məqsədi daşıyır.

Suriyanın xarici işlər naziri Valid-əl Muəlləm ötən ayın əvvəlində Azərbaycana səfər edib. Səfər zamanı prezident İlham Əliyev, baş nazir Artur Rasizadə, parlamentin spikeri Oktay Əsədov və xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşüb.
XS
SM
MD
LG