Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:55

Los Ancelesdə Mayksl Ceksonla vida mərasimi keçirilib


Los Ancelesdə Mayksl Ceksonla vida mərasimi keçirilib. Staples Center stadionuna müğənninin minlərlə pərəstişkarı toplaşıb. Milyonlarla tamaşaçı isə vida mərasimini canlı olaraq izləyib.

Onun harada dəfn olunacağı hələ dəqiq məlum deyil. Verilən məlumata görə müğənni Forest-Loun məzarlığında dəfn olunacaq və dəfndə yalnız onun ailə üzvləri iştirak edəcəklər.

Maykl Cekson iyunun 25-i 50 yaşında vəfat edib.

XS
SM
MD
LG