Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 15:38

Futbol klubunun prezidenti baş redaktoru məhkəməyə verib


Zahir Əzəmət
Zahir Əzəmət
«Xəzər Lənkəran» futbol klubunun prezidenti Mais Məsimov özünün və ailəsinin şərəf-ləyaqətinin təhqiri iddiası ilə Fanat.az portalının köşə yazarı Natiq Muxtarlını və sayt layihəsinin rəhbəri Zahir Əzəməti məhkəməyə verib. M.Məsimov məhkəmədən hər iki jurnalistin Cinayət Məcəlləsinin böhtan və təhqir maddələri ilə məsuliyyətə cəlb edilməsini xahiş edir.

Qaynar.info-nun baş redaktoru Zahir Əzəmət isə «Azadlıq» radiosuna deyir ki, o məhkəməyə verilməsinin səbəbini anlamır. Çünki Fanat.az saytının təsisçisi və baş redaktoru deyil. Bu barədə saytda da qeyd var. O, sadəcə, layihə rəhbəridir:

«Əgər bu bir yanlışlıq və anlaşılmazlıq deyilsə, onda iddianın sifarişli olduğunu düşünməyə əsasımız yaranır».

Z.Əzəmətin sözlərinə görə, Fanat.az-ın əsası iki il əvvəl Qaynar.info-nun bir qolu kimi qoyulub:

«O zaman Sport.qaynar.info kimi fəaliyyətə başlayan sayt təqribən bir il öncə başqa komandaya satıldı. Həmin vaxtdan sayt yeni təsisçi və baş redaktorun rəhbərliyi altında Fanat.az domeni ilə tam müstəqil fəaliyyət göstərir».

«Xəzər Lənkəran» futbol klubunun mətbuat xidmətinin rəhbəri Tural Əsgərov isə deyir ki, sözügedən saytda yer alan köşə yazılarında klub rəhbərliyinə qarşı işlədilən ifadələr artıq təhqir xarakteri almışdı. Şifahi və yazılı iradlara baxmayaraq, buna son qoyulmayıb. Ona görə də münasibətlərin məhkəmədə aydınlaşmasına qərar verilib:

«O ki qaldı saytın baş redaktoru kənarda qaldığı halda, layihə rəhbərinin - yəni Zahir Əzəmətin də məhkəməyə verilməsinə, burada deyəsən, müəyyən anlaşılmazlıq olub. Ola bilər ki, onları qarışıq salıblar və ya bunun başqa məntiqi əsası var. Hər halda bunu hüquqşünaslar izah edə bilər. Məhkəmədə aydınlaşacaq ki, bəlkə heç layihə rəhbərinin məsələyə aidiyyatı yoxdur».

İşə Nərimanov rayon Məhkəməsində baxılacaq. Hazırlıq iclası iyulun 9-na təyin edilib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG