Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:11

«Prokurorluq haqqında» qanuna dəyişikliklər payız sessiyasında müzakirəyə çıxarılacaq


«Prokurorluq haqqında» qanuna dəyişikliklər layihəsini Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq. Parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov belə deyib.

Layihədə bir şəxsin baş prokuror, hərbi prokuror, Naxçıvan Muxtar Respublikası prokuroru və Naxçıvanın hərbi prokuroru vəzifəsinə iki dəfədən artıq seçilməsinə tətbiq olunan məhdudiyyətin ləğv olunmasını nəzərdə tutulub.

Ə.Hüseynovun sözlərinə görə, layihə və onun əsaslandırılması kifayət qədər ciddidir.

Komitə sədri onu da deyib ki, qanuna dəyişikliklər layihəsini deputat Qüdrət Həsənquliyev hazırlayıb.

XS
SM
MD
LG