Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:53

Bolqarıstanda parlament seçkilərini hakim partiya uduzub


Bolqarıstanda keçirilmiş parlament seçkilərində sağmərkəzçi QERB partiyası qalib gəlib.

Bu partiyaya Sofiyanın meri Boyko Borisov rəhbərlik edir.

İlkin məlumatlara görə bu partiya 240 yerlik parlamentdə 117 yer qazanıb.

İndiki baş nazir Sergey Stanişevin rəhbərlik etdiyi hakim sosialist partiyası isə parlamentdə cəmi 40 yer qazanıb.
XS
SM
MD
LG