Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:49

Diplomatlar Gəncəyə gediblər


Azərbaycan Xarici İşlər Nazirliyinin yaradılmasının 90 illiyi qeyd olunur.

Bu məqsədlə Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən diplomatik korpusunun nümayəndələri iyulun 6-da Gəncəyə gəliblər.

Nümayəndə heyətinə Xarici İşlər Naziri Elmar Məmmədyarov başçılıq edir.
Xalq Cümhuriyyətinin xarici siyasət idarəsi ilk dəfə Gəncə şəhərində fəaliyyətə başlayıb.

Diplomatlar Heydər Əliyevin abidəsini, Şah Abbas məscidini, «Cavad xan» məqbərəsini və Cümhuriyyət muzeyini ziyarət ediblər.
XS
SM
MD
LG