Keçid linkləri

2024, 12 Oktyabr, şənbə, Bakı vaxtı 11:23

Hondurasda toqquşmada bir nəfər ölüb


Hondurasda devrilmiş prezident Manuel Zelayanın geri dönməsini tələb edən nümayişdə bir nəfərin öldüyü deyilir, yaralılar var. Nümayişçilər paytaxt aeroportunda hərbiçilərlə toqquşublar. Təyyarə ilə Hondurasa yaxınlaşan Zelaya hərbiçilərə müraciət edərək ona sadiqliklərini qaytarmaq müraciəti edib. Hondurasdakı hakimiyyət ona bildirmişdi ki, ölkəyə geri dönəcəyi təqdirdə o, həbs olunacaq. Buna görə də onun təyyarəsi Nikaraquada enib.

Manuel Zelaya Salvadora gedib. O, bu ölkədə siyasətçilərlə, Argentina, Ekvador, Paraqvay prezidentləri ilə görüşəcək.

Zelaya keçən ayın sonu hakimiyyətdən salınıb və ölkədən çıxarılıb. Qərb ölkələr və bir çox Latın Amerikası ölkələri onu müdafiə ediblər.
XS
SM
MD
LG