Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:55

Rəfsəncani deyir ki, İranda hakimiyyət davası getmir


12 iyun prezident seçkilərindən sonra ölkədə hakimiyyət davası getmir.

Bunu İranın keçimiş prezidenti Əkbər Haşimi Rəfsəncani deyib.

Rəfsəncani qeyd edib ki, nəticələrlə bağlı mübahisə xalqın qəzəb və narazılığına səbəb olsa da İran İslam Respublikasının uzunmüddətli maraqları qorunmalıdır.

Rəfsəncani bunu dünən həbsdə olanların ailələrilə görüşərkən deyib.

Rəfsəncani İranda prezidentliyə keçmiş namizəd Mirhüseyin Musavinin yaxın tərəfdarı kimi tanınır.

Xatırladaq ki, İyunun 12-də İranda keçirilmiş prezident seçkilərindən sonra ölkədə baş vermiş iğtişaşlarda 20 adam ölüb, mindən artıq adamsa həbs olunub.

Müxalifətdən olan keçmiş namizədlər Mirhüseyin Musaviylə Mehdi Karrubi hələ də ölkədə təkrar seçki keçirilməsini tələb edirlər.

İranda rəsmi olaraq seçkidə indiki prezident Mahmud Əhmədinejadın qalib gəldiyi elan edilib.

Amma müxalifət nəticələrin saxtalaşdırıldığını deyir.
XS
SM
MD
LG