Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:23

İraq ABŞ-ın yardım təklifini rədd edib


İraq hökuməti ölkədəki rəqib fraksiyalar arasında barışığa nail olunmasında Amerikanın yardım təklifini rədd edib.

Hökumətin sözçüsü Əli əl Dabbah deyib ki, milli barışıq İraqın daxili işidir və kənardan müdaxilə vəziyyəti daha da çətinləşdirə bilər.

Birləşmiş Ştatların vitse-prezidenti Co Bayden ötən cümə günü Bağdadda səfərdə olarkən İraq liderlərini ölkədəki etnik, dini və siyasi qruplar arasında
barışığa nail olmaq üçün səyləri artırmağa çağırmış və bu işdə Amerikanın yardımını təklif eləmişdi.

O həmçinin deyib ki, Birləşmiş Ştatlar 2011-ci ilədək İraqdan ordunu çıxaracaq və bunda qərarlıdır.
XS
SM
MD
LG