Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 23:20

İran rrəsmisi Musəvini Amerikanın agenti adlandırıb


İranın ali dini lideri Xameneinin köməkçisi müxalifət lideri Mirhüseyin Musəvini Amerikanın agenti adlandırıb.

Hüseyin Şəriətmədari Kayhan qəzetində getmiş baş məqalədə Musavi və keçmiş prezident Məhmməd Xatəmini məhkəməyə verməyə çağırıb.

Musavi və prezidentliyə digər keçmiş namizəd Mehdi Karrubi hələ də ölkədə təkrar seçki keçirilməsini tələb edirlər.

İranda rəsmi olaraq seçkidə indiki prezident Mahmud Əhmədinejadın qalib gəldiyi elan edilib.

Amma müxalifət nəticələrin saxtalaşdırıldığını deyir.

12 İyun prezident seçkilərindən sonra ölkədə baş vermiş iğtişaşlarda 20 nəfər ölüb, mindən artıq adamsa həbs olunub.
XS
SM
MD
LG