Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:29

Prezident İlham Əliyev ABŞ prezidentinə təbrik məktubu göndərib


Prezident İlham Əliyev iyulun 3-də ABŞ Prezidenti Barak Obamaya bu ölkənin milli bayramı – Müstəqillik günü münasibətilə təbrik məktubu göndərib.

Məktubda deyilir: «Bu gün Azərbaycan ilə Amerika Birləşmiş Ştatlarını dostluq və əməkdaşlıq münasibətləri birləşdirir. Enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində səmərəli iş birliyimiz, həyata keçirdiyimiz irimiqyaslı transmilli layihələrə ölkənizin dəstəyi məmnunluq doğurur.

Biz həmçinin xalqımızın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə, beynəlxalq hüquq normaları əsasında ədalətli həlli sahəsində ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ-ın səylərinə böyük ümidlər bəsləyirik.

Əminəm ki, dövlətlərarası münasibətlərimizin hərtərəfli inkişafı, tərəfdaşlığımızın daha da möhkəmləndirilməsi istiqamətində fəaliyyətimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik».

XS
SM
MD
LG