Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:08

Təhsil nazirliyinin qarşısında piket keçirilib


Atestat ala bilməyən bir qrup məzunun valideyinləri bu gün Təhsil Nazirliyinin qarşısında etiraz aksiyası keçiriblər.

Onlar imtahan vaxtı övladlarına qarşı ədalətsizlik edildiyini bildiriblər.

Valideyinlərdən birinin dediyinə görə elə məzun olub ki, 4 fəndən kəsilib, amma sonradan hansısa yolla attestat ala bilib.

Ans Press-in məlumatına görə aksiyada 30-a yaxın valideyn iştirak edib, bir qədər sonra polisin müdaxiləsilə başa çatıb.

Təhsil Nazirliyi mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə deyib ki, nazirlik məsələyə bir qədər sonra münasibət bildirəcək.

Bu il 19 min 770 məzun attestat ala bilməyib, bu isə ümumilikdə məzunların 1/5 –i deməkdir.
XS
SM
MD
LG