Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:12

İlham Əliyev Azərbaycan və Ermənistanın bir qrup ziyalısını qəbul edib


Qrupun üzvləri prezident İlham Əliyevin qəbulunda olublar
Qrupun üzvləri prezident İlham Əliyevin qəbulunda olublar
Azərbaycan və Ermənistanın Rusiya Federasiyasındakı səfirlərinin təşəbbüsü ilə Azərbaycan və Ermənistanın bir qrup ziyalısı ATƏT-in xətti ilə iyulun 3-də Xankəndidə, Şuşada olub, ordan Ermənistana gedərək, Prezident Serj Sarkisyan ilə görüşüblər.

Həmin gün qrupun üzvləri Yerevandan Bakıya gəliblər. Onlar prezident İlham Əliyevin qəbulunda olublar.

Qrupa Ermənistanın Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Armen Smbatyan, «Arovot» qəzetinin baş redaktoru Aram Abramyan, «Mediamaks» informasiya agentliyinin direktoru Ara Tadevosyan, «Novoye Vremya» qəzetinin jurnalisti Armen Xanbabyan, Ermənistan Milli Məclisinin deputatları Ermine Naqdalyan, Mxitar Mnasakanyan, futbolçu Eduard Markarov, S.Paradcanov muzeyinin direktoru Zaven Sarqsyan, İctimai Təşkilatın direktoru Şuşan Katlamadcan, Dağlıq Qarabağdan tibb işçisi Lyudmila Qriqaryan, Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, Azərbaycanın Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbül oğlu, Azərbaycan Milli Məclisinin deputatları Asim Mollazadə, Rövşən Rzayev, Milli Konservatoriyanın rektoru Səyavuş Kərimi, Şuşa İcra Hakimiyyəti mədəniyyət şöbəsinin müdiri Zahid Abbasov, «Qarabağ» qəzetinin baş redaktoru Çingiz İsmayılov daxil idilər.

Görüşdə dövlət başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı Azərbaycanın mövqeyini bildirərək vurğulayıb ki, münaqişə yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı çərçivəsində, həmçinin Dağlıq Qarabağa yüksək muxtariyyət statusu verilməklə həll edilə bilər. / AzərTAc /
XS
SM
MD
LG