Keçid linkləri

2024, 11 Oktyabr, Cümə, Bakı vaxtı 06:27

Avropa Birliyi ölkələri İrandan səfirlərini çıxarır


Avropa Birliyinin 27 ölkəsi iyulun 3-də İrandan səfirlərini geri çağırmaq qərarına gəliblər.

Bu yolla onlar Britaniyanın İrandakı səfirliyinin əməkdaşlarının məhkəməyə cəlb olunmasına etiraz edirlər.


İsveçin Xarici İşlər Naziri bildirib ki, səfirlərin geri çağırılması haqqında təklifi Britaniya verib. Amma Avropa Birliyi qərara gəlib ki, İrana təzyiqləri mərhələlərlə - yavaş-yavaş etsinlər.

Bu gün Iranda Mühafizlər Şurasının sədri Əhməd Cənnəti bildirmişdi ki, Britaniya səfirliyinin bəzi əməkdaşları məhkəməyə çıxarılacaq.

Şura iddia edir ki, hazırda həbsdə olan bu insanlar seçkidən sonra baş verən zorakılıqlarda iştirak ediblər.

Britaniya hökuməti səfirlik əməkdaşlarının həbsini pisləyib. Hökumət səfirliyin doqquz yerli işçisindən yeddisi həbs olunduğunu bildirib.
XS
SM
MD
LG