Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:22

Iran polisi ölərkən Nedanın yanında olan həkimi axtarır


Ötən ay İranda mitinq zamanı öldürülən gənc qızın yanında olmuş həkim də istintaqla axtarışdadır. Bu barədə İran polisinin rəhbəri Ismail Əhmədi məlumat verib. Onun dediyinə görə həkimi İranın kəşfiyyat xidməti və İnterpol axtarır.

Amma Interpol “Azadlıq” radiosunun fars xidmətinə bu barədə məlumatı olmadığını bildirib.

Ismail Əhmədi hesab edir ki, mitinqçilər arasında gənc qızın – Neda Ağasoltanın öldürülməsi əvvəlcədən planlaşdırılmış qətl hadisəsi olub. Polisin və Bəsic qüvvələrinin bu qətldə əli yoxdur. Polisin fikrincə, bu qətllə İranın beynəlxalq imicinə ziyan gətirmək məqsədi güdülüb.

Neda Ağasoltan iyunun 20-də müxalifətin prezidentliyə namizədi Mirhüseyn Musəvinin tərəfdarları ilə polis arasında qarşıdurma zamanı güllə ilə sinəsindən vurulub. Onun ölümünü göstərən video internet səhifələrində geniş yayılıb.
XS
SM
MD
LG