Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 17:33

Bir nəfərə görə neftin qiyməti qalxdı


PVM öz agentinin özbaşınalığına son qoyandan dərhal sonra qiymətlər aşağı düşərək 66,50 dollar səviyyəsinə endi. Lakin birjalardakı narahatlıq daha bir neçə gün davam etdi
PVM öz agentinin özbaşınalığına son qoyandan dərhal sonra qiymətlər aşağı düşərək 66,50 dollar səviyyəsinə endi. Lakin birjalardakı narahatlıq daha bir neçə gün davam etdi
Bu günlərdə Londonda yerləşən PVM investisiya şirkətinin bir əməkdaşı üzündən neftin qiymətində sıçrayış olub. Qiymətin qalxması PVM-yə milyonlarla dollar ziyan vurub.

PVM agentinin özbaşına həyata keçirdiyi alqı-satqı əməliyyatları o qədər intensiv olub ki, bütün dünya üzrə birjalar hərəkətə gəlib.

PVM deyir ki, agentin xam neft satışı üzrə keçirdiyi ortamüddətli birja əməliyyatları haqda heç kimin xəbəri olmayıb. Onun hərəkətləri müəyyən ediləndə PVM ayrılıqda bu əməliyyatlara görə təqribən 10 milyon dollar pul itirib.

Belə ki, iyulun 1-də London birjasında neftin bir barelinin qiyməti 73,50 dollara qədər qalxmışdı. Bu, son 8 ayda ən yüksək göstərici idi. Neft qiymətləri üzrə ekspertlər və analitiklər etiraf edirdilər ki, neftin bahalaşmasının səbəbini izah edə bilmirlər.

İngiltərə mətbuatı yazır ki, PVM agentinin həyata keçirdiyi əməliyyatlar bazarın dəyişməsi haqda yanlış təsəvvürlərin yaranmasına gətirib çıxarmışdı. Halbuki neftə olan tələbat dəyişməz idi.

PVM öz agentinin özbaşınalığına son qoyandan dərhal sonra qiymətlər aşağı düşərək 66,50 dollar səviyyəsinə endi. Lakin birjalardakı narahatlıq daha bir neçə gün davam etdi.

Kanadanın «The Cloab and Mail» jurnalının hesablamalarına görə, ayrılıqda PVM agentinin əməliyyatları neftin qiymətinin ən azı 2 dollar artmasına səbəb olub. Əgər bu hesablamalar doğrudursa, həmin gün dünya üzrə neft alıcıları 175 milyon dollar artıq pul xərcləməli olublar.
XS
SM
MD
LG