Keçid linkləri

2024, 05 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:39

Lənkəran polisində ikinci adam ölümü


İyulun 2-də Lənkəran rayon polis şöbəsində rayon sakini Rüstəm Əliyev ölüb.

Polis narkotik maddələr saxlamaq ittihamı ilə tutulan 46 yaşlı bu adamın kamerada paltarı ilə özünü asdığını bildirir. Amma qohumları Rüstəm Əliyevin işgəncə ilə öldürüldüyünü deyirlər.

İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov bildirir ki, ona müraciət edən mərhumun yaxınları meyiddə qançırların şəklini də çəkdiklərini deyirlər.

Elçin Behbudov yada salır ki, keçən il də bu polis idarəsində bir adam ölmüşdü. Polis onun tualetdə özünü asdığını deyib. Amma Elçin Behbudov əmindir ki, həmin adam da ona verilən işgəncələrdən ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti Lent.az saytına bildirib ki, qohumların iddiaları fakt sayıla bilməz. Dünən Lənkəranda baş verən bu ölüm hadisəi araşdırılır.
XS
SM
MD
LG