Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:41

Maykl Ceksonla vida mərasimi iyulun 7-də keçiriləcək


ABŞ prezidenti Barak Obama pop kralı Maykl Ceksonun musiqiləri altında böyüdüyünü etiraf edib.

«Associated Press»ə müsahibəsində Obama Ceksonu ABŞ tarixində ən populyar estrada artisti adlandırıb. B. Obama son illər pop stratı izləyən çoxsaylı qalmaqalara görə onun şəxsi həyatının «faciəvi» olmasından da təəssüfləndiyini bildirib.

Maykl Cekson ötən həftə 50 yaşında ürək tutmasında ölüb.

Bu arada Maykl Ceksonun ailəsi pop kral ilə vida mərasiminin iyulun 7-də Los Angelsin mərkəzində Staples Center-də olacağını açıqlayıb.
XS
SM
MD
LG