Keçid linkləri

2017, 25 May, Cümə axşamı, Bakı vaxtı 03:50

Tikilib qurtarmamış yanan ticarət mərkəzi (Fotolar)


Adının çəkilməsini istəməyən dükan sahibi isə deyir ki, hadisə yerinə gələn yanğınsöndürənlərdən birinin suyu olmayıb
Lökbatandakı «Sədərək» ticarət mərkəzində yanğın baş verib. Ticarət mərkəzinin şirniyyat bazarının (1-ci korpus, 5-6-cı sıralarda) bir neçə dükanı yanğından zərər çəkib.

Dükan sahibləri iddia edirlər ki, yanğın qısaqapanmadan baş verib. Buna səbəb isə bazarda naqillərin necə gəldi çəkilməsi olub. Onların sözlərinə görə, dükanlardakı sayğaclar qısaqapanmaya reaksiya verməyib. Adının çəkilməsini istəməyən dükan sahibi isə deyir ki, hadisə yerinə gələn yanğınsöndürənlərdən birinin suyu olmayıb.

Fövqəladə Hallar Nazirliyindən mayor Məmmədov isə «Azadlıq» radiosuna bildirib ki, «Sədərək»də ciddi yanğın baş verməyib. Anbarlardan birinin damında 100 kvadratmetrədək ərazi yanıb. Yanğınsöndürənlər vaxtında hadisə yerinə gedib alovu söndürüblər.


Maşınlardan birinin suyu olmaması barədə deyilənlərə gəlincə, Məmmədov deyir ki, bu, mümkün deyil. Yanğınsöndürənlər komanda şəklində fəaliyyət göstərir. Növbəyə çıxan dəstə maşınları, texnikanı yoxlayıb çağırışa hazır vəziyyətdə saxlayır.

Yanğından zərərçəkənlər isə onlara kompensasiya ödənib-ödənməyəcəyini hələlik bilmədiklərini deyirlər.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG