Keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev, qardaşı Rafiq Əliyev və başqa 18 nəfərin işiylə bağlı iyulun 2-də Ali Məhkəmədə başlanan kassasiya şikayətiylə bağlı prosesdə vəkillər vəsatət qaldırıb keçmiş nazirin məhkəmədə iştirakının təmin edilməsini istədilər.
VƏKİL HAKİMİN QƏRARINI BƏHANƏ ADLANDIRIR
Vəkil İsaxan Aşurov bildirdi ki, Fərhad Əliyevin məhkəmədə iştirakı vacib olduğundan məhkəmə vəsatəti təmin etməlidir. Dövlət ittihamçısı Mehbalı Qurbanov vəsatətin qəbul olunmamasını istədi. Hakim Əli Seyfəliyev qısa müşavirədən sonra dedi ki, məhkəmədə iştirakla bağlı ərizəni Fərhad Əliyev özü imzalamayıb. Bunu vəkilləri istəyir, ona görə də vəsatət təmin olunmur. Hakim bu qərarı elan edəndə Avropa İnsan Haqları Məhkəməsinin təcrübəsinə istinadən danışdı.
Vəkil İsaxan Aşurovsa deyir ki, qanun Fərhad Əliyevin məhkəmədə iştirakına yol verir:
«Bu bəhanədir. Hakimin Avropa İnsan Haqları Məhkəməsinin qərarlarına istinad etməsi də düşündürücüdür. Belə təəssürat yaranır ki, hakim bu qərarı əvvəlcədən qəbul edib. Dövlətin üzərinə götürdüyü pozitiv öhdəliklər var. Heç bir formallıq şəxsin özünün iştirakına mane olan hal sayıla bilməz».
HƏBSİNDƏN BU GÜNƏ QƏDƏR SABİQ NAZİRİN HÜQUQLARI POZULUR
Məhkəmə çıxışında isə vəkil Elton Quliyev bildirdi ki, Fərhad Əliyev həbs olunan gündən – 2005-ci ilin oktyabrın 19-dan bu günə qədər hüquqları pozulur. Vəkil dedi ki, keçmiş nazir öz iş otağında günorta saat 2-də tutulub MTN-ə aparılıb, yalnız 8 saatdan sonra həbsi rəsmiləşdirilib. Ailəsi isə onun həbsindən gecə saat 12-də televiziyadan xəbər tuta bilib. İki ilə yaxın o Təhlükəsizlik Nazirliyinin təcridxanasında 7 kvadratmetrlik yerdə saxlanılıb. Ürək ağrılarından əziyyət çəksə də, həkimlə təmin olunmayıb. Nəticədə 2006-cı ilin dekabrında ağır vəziyyətdə Mərkəzi Klinik Xəstəxanaya çatdırılıb.
Vəkil deyir ki, həbsindən bu günə qədər Fərhad Əliyev istədiyi həkimlə təmin olunmur və müalicə keçə bilmir. Müdafiə tərəfi Fərhad Əliyevin üstündə hələ də dövlət çevrilişinə cəhd ittihamının qalmasından da narahatdır:
«Biz bu ittihamın araşdırılmasını istintaqdan tələb edirik, ancaq araşdırılmır. Həmin iş üzrə istintaqın hansı mərhələdə olmasıyla bağlı rəsmi müraciətlərimizə abstrakt cavab verirlər – istintaq davam edir. İstintaq bu qədər davam edə bilməz. Çünki qanunda onun müddəti var, o müddətdə tamamlanmazsa ya dayandırılmalıdır, ya da məhkəməyə verilməlidir. 4 il bu ağır ittiham altında qalmaq mümkün deyil, məsələnin araşdırılması vacibdir».
Müdafiə tərəfi bildirir ki, Fərhad Əliyevə qarşı ittihamlar əsassız olduğundan və əvvəlki məhkəmə instansiyalarında sübut olunmadığından xitam verilməlidir.
Məhkəmə prosesi davam edir.
Keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev bir sıra iqtisadi və vəzifə cinayətlərində ittiham olunur, 10 il müddətinə azadlıqdan məhrum edilib.