Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 08:45

Makedoniyada insan alverinə görə 12 nəfər həbs olunub


Makedoniya polisi insan alveri şəbəkəsində şübhəli bilinən 12 nəfəri həbs edib.

«Frans Press» agentliyi həbs olunanların Çin, Yunanıstan, Makedoniya və Serbiya vətəndaşları olduğunu deyib.

Tutulanlardan biri isə polis əməkdaşıdır.

Ehtimal olunur ki, şübhəlilər çinli immiqrantları Serbiya, Makedoniya, Yunanıstan vasitəsilə Qərbi Avropaya aparırmış.

Makedoniya Avropa Birliyinə qanunsuz insan, narkotik və silah daşınmasına görə mühüm tranzit ölkə hesab olunur.
XS
SM
MD
LG