Keçid linkləri

2024, 07 Dekabr, şənbə, Bakı vaxtı 08:38

Xatəmi İran hökumətini kütləvi həbslərdə günahlandırıb


İranda prezidentliyə namizədlərin ikisi Mahmud Əhmədinejatın hökumətinin yenidən legitim olmadığını bəyan edib.

Keçmiş baş nazir Mir Hüseyn Musəvi və islahatçı siyasətçi Mehdi Karubi 12 iyun prezident seçkilərinin nəticələrinin qanunsuz olduğunu deyiblər.

İranın sabiq prezidenti Məhəmməd Xatəmi də seçkilərin nəticəsini tənqid edib, hökuməti kütləvi həbslərdə və saxlananların hüquqlarını pozmaqda günahlandırıb.

Bu cür narazı bəyanatlara baxmayaraq İranın Ali ruhani lideri Ayətulla Əli Xameneyi M. Əhmədinejatın qələbəsini tanıyıb.

XS
SM
MD
LG