İyulun 1-də Abşeron Rayon Məhkəməsinin hökmü ilə «Xalq qəzeti»nin keçmiş baş redaktoru Mahal İsmayıloğlu iki il şərti cəza aldı. O, Novxanıdakı bağ qonşusunun xadiməsinin iddiası əsasında xuliqanlıqda günahlandırılırdı. Keçmiş baş redaktor deyir ki, bu iddia sifariş əsasında uydurulub, məqsəd ondan yazılarına görə qisas almaqdır.
MAHAL İSMAYILOĞLU ÜRƏYİNDƏN ƏMƏLİYYAT OLUNMALIDIR
Mahal İsmayıloğlu 2 dəfə əməliyyat olunub. Düz iki dəfə də infarkt keçirib. İndi isə üçüncü dəfə ürəyindən əməliyyat olunmalıdır. Odur ki, iki illik şərti cəzanı az qala ölüm hökmünə bərabər sayır. Düşünür ki, xaricdə əməliyyat olunmasına icazə verilməsə, bu onun ölümü ilə nəticələnə bilər:
«Bunlar mənim iki dəfə infarkt keçirdiyimi bilirdilər. Bilirlər ki, 3-cü dəfə infarkt keçirmək ölümdür. Mən xaricdə əməliyyat olunmalıyam. Bunun qarşısını almaq istəyirlər».
QANUN MAHAL İSMAYILOĞLUNUN XARİCƏ GETMƏSİNƏ İMKAN VERİRMİ?
Qanunvericiliyə görə, şərti cəza alan şəxsin xaricə getməsinə icazə verilib-verilməməsi hökmdən asılıdır. Cinayət Məcəlləsinin 70.5-ci maddəsində deyilir ki, hakim şərti məhkum edilən şəxsin üzərinə bir sıra vəzifələr qoya bilər. Məsələn, davranışı üzərində nəzarət edən orqanlara məlumat vermədən yaşayış və iş yerini dəyişməmək vəzifəsini.
Vəkil Elçin Sadıqov deyir ki, Mahal İsmayıloğlunun belə məhdudiyyətlə üzləşib-üzləşmədiyini hökmün sürəti ilə 3 gün sonra tanış olduqda biləcəklər. Ancaq Abşeron Rayon Məhkəməsindən aldığımız bilgiyə görə, hökmdə qeyd edilib ki, Mahal İsmayıloğlu yaşayış yerini tərk edərkən komendaturanı xəbərdar etməlidir. Mahal İsmayıloğlu isə deyir ki, apellyasiya şikayətindən sonra xaricə müalicəyə getmək üçün hökumət orqanlarına müraciət etmək məcburiyyətindədir:
«Bilirsiniz Azərbaycanda ürəyin 6 damarını birdən dəyişmə təcrübəsi yoxdur. Belə mürəkkəb əməliyyatlar yalnız xaricdə uğurlu nəticələr verir».
KÖHNƏ METODLAR YENİ MƏZMUNDA
«Yeni Nəsil» Jurnalistlər Birliyinin sədri Arif Əliyev deyir ki, jurnalistlərin şərlənərək tutulması Azərbaycanda köhnə metoddur. Bura həm jurnalistin cibinə nəşə atmaq, həm də yalançı şahid ifadələri əsasında xulqanlıqda ittiham etmək daxildir. Arif Əliyev deyir ki, əgər köhnə metodlar yeni məzmunda işə salınacaqsa, diffamasiya haqqında qanunun qəbul edilməsinin ciddi əhəmiyyəti olmayacaq. Yeni jurnalistlər uydurma ittihamlarla həbs edilməkdə davam edəcək. Ancaq o heç də diffamasiya haqda qanunun qəbulunu jurnalistlərin həbsinin qarşısını almaq baxımından gərəksiz saymır:
«Diffamasiya haqqında qanun qəbul edilməlidir. Ancaq onunla yanaşı 3 şərt də təmin edilməlidir. Bundan ötrü hakimiyyətin iradəsi olmalıdır, vətəndaş cəmiyyəti fəal olmalıdır və beynəlxalq təşkilatlar susqunluqlarına son qoymalıdırlar».
Yeri gəlmişkən Mahal İsmayıloğlunun da beynəlxalq təşkilatlardan gözləntiləri var. Jurnalist deyir ki, xaricidə əməliyyat olunmasına razılıq əldə etmək üçün beynəlxalq təşkilatların dəstəyinə ehtiyacı var.