Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 17:36

Maşın alana bir illik ucuz benzin təminatı


Koryeanın Hyundai avtomobil istehsalçısı ABŞ-dakı müştərilərinə maşın + ucuz benzin təklif eləyir. Şirkətin keçirdiyi kampaniya müddətində - iyulun 1-dən avqustun sonuna kimi ABŞ-da şirkətdən avtomobili alan hər kəsə bir il müddətində bir qalonu (4 litr) 1.49 $ qiymətində benzin alcağına təminat verilir. Benzinin qiyməti baha olarsa bu fərqi ödəməyi Koreya şirkəti öz üzərinə götürür.

Hazırda ABŞ-da bir qalon benzinin orta qiyməti təxminən 2.63 dollardır.

Şirkətdən bildiriblər ki, ABŞ-da çoxlu sayda potensial müştəriləri var ki, məhz benzinin qiymətlərinin artım dinamikasından qorxduqları üçün maşın almaqdan çəkinirlər.
XS
SM
MD
LG