Keçid linkləri

2024, 10 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 15:31

Yəmən təyyarəsi qəzaya uğrayıb


Yəmənin hava şirkətinə məxsus təyyarə Hind okeanında qəzaya uğrayıb. Qəza zamanı təyyarədə 153 nəfər olub.

Fransanın iki hərbi təyyarəsi və bir gəmi hazırda Hind okeanında «Airbus 310» təyyarəsini axtarır.

Təyyarənin sərnişinlərinin əksəriyyəti fransız və Komor adalarının sakinləridir.

Təyyarə Yəmən paytaxtı Sanaadan Komor arxipelaqının paytaxtı Moroniyə uçan zaman qəzaya uğrayıb.

Bundan öncə iyunun 1-də «Air France» şirkətinə məxsus «Airbus 330»un qəzaya uğraması nəticəsində göyərtədə olan 228 nəfərin hamısı həlak olub.
XS
SM
MD
LG