Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:44

Tehranda Britaniya səfirliyinin həbs olunan beş işçisi azad olunub


Məlumatı İran hökuməti yayıb. İranın Xarici işlər nazirliyinin nümayəndəsi bildirib ki, digər dörd nəfər hələ də dindirilir. Tehrandakı Britaniya səfirliyinin işçiləri bir neçə gün öncə saxlanıb. Onlar 12 iyun prezident seçkisindən sonra müxalifətin kütləvi etiraz aksiyalarında iştirakda ittiham olunurdular. Rəsmi London bu ittihamı rədd edir. İranın xarici işlər nazirliyinin məlumatına görə, onlar ölkələrindəki səfirlikləri bağlamaq və xarici ölkələrlə diplomatik münasibətləri korlamaq niyyətində deyillər.

XS
SM
MD
LG