Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:38

Gənclərin dinlərarası dialoqu Avropaya körpüdürmü?


İslam və xristianlıq
İyulun 25-dən 31-dək Bakıda «Gənclərin dinlərarası dialoqu Avropaya körpü kimi» adlı təlim keçirilir. Təlim Avropa Gənclər Fondunun dəstəyi ilə həyata keçirilir. Müxtəlif ölkələrin gəncləri arasındakı bu dialoq-təlim daxilində fərqli dinlərdən olan avropalı gənclər məscidlərə, kilsəyə və sinaqoqa səfər edəcəklər.

Bu barədə «Azadlıq» radiosunun «14-24» proqramına layihənin nümayəndəsi Raul Gülməmmədov danışıb:

«Müasir Avropa elə bir yerdir ki, orda hər dindən olan nümayəndə yaşayır. Belə bir şəraitdə - müxtəlif sivilizasiyalardan olan insanlar bir araya gəlirlərsə, onlar arasında sözsüz ki ayrılmalar olur. Bu ayrılmaların qarşısını almaq üçünsə, dinlərarası dialoqlar təşkil olunmalıdır. Fikir ayrılıqlarını aradan qaldırmaq üçün bu dialoqların təşkili vacibdir. Məncə, bu dialoqlar müasir Avropaya doğru körpüdür».

«RADİKAL MÜSƏLMANLAR SALAM VERMİRLƏR»

İlkin Hüseyn 4 ildir ki, xristian dininin katolisizm cərəyanının nümayəndəsidir. O hesab edir ki, bu cür təlimlər tolerant, xoşxasiyyətli insanlar çərçivəsindən kənara öz təsirini göstərsə yaxşı olar. Onun Azərbaycanda qeyri-xristianlarla dialoqu isə heç də asan başa gəlməyib. İlkin deyir ki, dinlərarası dialoq deyəndə elə başa düşürlər ki, hərə öz dinini başqasına qəbul etdirməlidir: «Öz dinlərinin doğru olduğunu sübut etmək üçün müxtəlif arqumentlərə əl atırlar. Onların dialoqu bundan uzağa getməyib. Dinlərarası dialoq isə bir-birilərinin ümumi tərəfini anlamaqdır».

Bununla belə, o xristian olaraq ətrafındakılardan mənfi münasibət görməyib: «Yalnız xırda detallarda problem olur. Məsələn, deyirlər ki, sən niyə xaç taxırsan. Bəzən çox radikal müsəlmanlar pis yanaşırlar. Onlar da Məhəmməd peyğəmbərin hədisinə əsasən salam verməkdən imtina edirlər. Ancaq belə xırda xoşagəlməz hallar olur».

Raul Gülməmmədov deyir ki, «Gənclərin dinlərarası dialoqu Avropaya körpü kimi» layihəsi Avropa gənclərində islamofobiyanın, Azərbaycan gənclərində xristianlara qarşı stereotiplərin aradan qaldırılması baxımından önəmlidir.

Buna da bax:

XS
SM
MD
LG