Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:31

Albaniyada parlament seçkilərində Demokratik partiya irəlidədir


Albaniyada bazar günü keçirilmiş parlament seçkilərinin nəticələri hesablanır. İlkin məlumata görə, baş nazir Sali Berişanın Demokratik partiyası irəlidədir. Bu partiyaya müxalif sosialistlər isə geridə qalır. Hər iki partiya seçkiöncəsi yoxsulluqla mübarizə aparacağını və ölkəni Avropa Birliyinə yaxınlaşdıracağını vəd vermişdi.

Bu seçki 1991-ci il – Stalinizm regimindən sonra ölkədə keçirilən yeddinci seçkidir. Parlamentin 140 yeri uğrunda 4000 namizəd mübarizə aparır. Qərbdən bildirirlər ki, bu səsvermə Albaniya üçün demokratik göstərici hesab olunacaq və Avropa Birliyinə qoşulması üçün nə dərəcədə hazır olduğunu göstərəcək.

XS
SM
MD
LG