Keçid linkləri

Təcili xəbərlər
2021, 01 Mart, Bazar ertəsi, Bakı vaxtı 13:58

Britaniya Tehranı səfirliyin işçilərini azad etməyə çağırıb


Böyük Britaniya İranın hakim dairılərini Tehrandakı səfirliyinin yerli işçilərini təcili azad etməyə çağırıb.

Fars Xəbərlər Agentliyi bundan əvvəl Tehrandakı Britaniya səfirliyinin 8 iranlı işçisinin həbs olunduğunu xəbər vermişdi.

Agentliyinin məlumatına görə onlar prezident seçkilərindən sonra aranı qızışdırmaqda, gərginliyi daha da artırmaqda ittiham olunurlar.

Böyük Britaniyanın xarici işlər naziri David Miliband Tehranın bu addımını hədə-qorxu kimi qiymətləndirib, bunun yolverilməz olduğunu deyib.

Tehranın bu addımı Böyük Britaniyayla onsuz da gərgin olan münasibətləri daha da pisləşdirə bilər.

İran Qərb ölkələri-xüsusilə də Birləşmiş Ştatlarla Böyük Britaniyanı prezident seçkilərindən sonra küçə etirazlarını qızışdırmaqda ittiham edir.

Vaşinqtonla Lonton ittihamı rədd edirlər.
XS
SM
MD
LG