Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 06:42

Bəsic Tehranda evlərə soxulub axtarış aparır


Human Rights Watch təşkilatı İranda müxalifət tərəfdarlarına qarşı təqiblərin davam elədiyini deyir.

Təşkilatın məlumatına görə hökumətpərəst hərbi Bəsic qrupunun üzvləri gecələr evlərin damına çıxıb hökumətə etiraz edən sakinlərin evlərində axtarış aparır, insanları döyürlər.

Bundan başqa hakimiyyət qərb televiziyalarına baxmamaq üçün əhalidən peyk antennalarını yığır.

İyunun 12-də İranda keçirilmiş mübahisəli prezident seçkilərindən sonra polislə nümayişçilər arasında baş vermiş toqquşmalarda azı 17 nəfər ölüb, yüzlərlə adamsa həbs olunub.
XS
SM
MD
LG