Keçid linkləri

Təcili xəbərlər
2020, 05 Dekabr, şənbə, Bakı vaxtı 22:45

Obama Musəvini tərifləyib


ABŞ prezidenti Barak Obama İran müxalifətinin lideri və prezidentliyə keçmiş namizəd Mirhüseyin Musəvini alqışlayıb.

Obama deyib ki, Mirhüseyin Musəvi İranı dünyaya açıq etmək istəyən iranlılara ruh verib.

O bunu Vaşinqtonda Almaniyanın kansleri Angela Merkellə görüşdən sonra keçirdikləri birgə mətbuat konfransında deyib.

O nümayişçilərin cəsarətini alqışlayıb və bir bir daha İranın hakim dairələrini güc tətbiq eləməkdə pisləyib.

Barak Obama bir daha İranın daxili işlərinə qarışmaqla bağlı prezident Mahmud Əhmədinejadın ittihamını rəd edib və bildirib ki, Mahmud Əhmədinejadın özü nümayişlərdə xəsərət almış iranlılara cavab haqda düşünməlidir.


XS
SM
MD
LG