Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:41

XİN qarşısında İsrail prezidentinin Azərbaycana səfərinə etiraz aksiyası keçirilib


İyunun 27-də Azərbaycan İslam Partiyası, Azərbaycan Ziyalılar Birliyi, Azərbaycan Birlik Partiyası, Fəzilət Partiyası və bir qrup dindar Xarici İşlər Nazirliyinin qarşısında aksiya keçirməyə cəhd göstərib.

Məqsəd İsrail prezidenti Şimon Peresin Azərbaycana səfərinə etiraz etmək olub.

Nazirliyin binası qarşısına toplaşan piket iştirakçıları İsrail prezidentinin səfərinə etiraz edən şüarlar səsləndiriblər.

Aksiyaya müdaxilə edən Yasamal rayon Polis İdarəsi və Çevik Polis Alayının əməkdaşları piket iştirakçılarını ərazidən uzaqlaşdırıblar.

Aksiya zamanı 15-dək piketçi polis tərəfindən saxlanıb, şüarlar və bayraqlar əllərindən alınıb.

İsrail prezidenti Şimon Peres iyunun 28-də Azərbaycana səfər edəcək. / APA /
XS
SM
MD
LG