Keçid linkləri

2024, 06 Oktyabr, bazar, Bakı vaxtı 12:08

Obama yenə İranı amansızlıqda ittiham edir


ABŞ prezidenti Barak Obama prezident seçkilərindən sonra dinc mitinqçilərə qarşı amansız və yolverilməz zorakılığa görə İran hökumətini kəskin tənqid edib.

Ağ Evdə Almaniyanın kansleri Angela Merkellə görüşdən sonra keçirilən birgə mətbuat konfransında Obama bildirib ki, İrandakı mitinqçilərin cəsarəti onları heyran edib.

İranın dövlət televiziyası iyunun 12-də keçirilən pre4zident seçkisindən sonra mitinqçilərlə hökumət qüvvələri arasında baş verən toqquşmalarda indiyə qədər 20 adamın öldürüldüyünü bildirir.

Rəsmi məlumata görə bu seçkidə Mahmud Əhmədinejat ikinci dəfə prezident seçilib. Amma əsas namizədlərdən olan Mirhüseyn Musəvi elan olunan nəticələri qəbul etmir. Onun tərəfdarları seçkidən sonra demək olar hər gün etiraz aksiyaları keçirir.
XS
SM
MD
LG