Yaxın günlərdə Qəndəhar şəhəri və Hilmend əyalətində Talibana qarşı əməliyyat həyata keçiriləcək. NATO-nun Əfqanıstandanın cənubundakı qüvvələrinə komandanlıq edən Mart de Kruif belə deyib. Qeyd edib ki, ABŞ-ın əlavə 2 minlik kontingenti hesabına döyüşçülər üzərində təşəbbüsü ələ alacaqlarına ümid edirlər.
Mart de Kruifin qiymətləndirməsinə görə, Əfqanıstanın cənubunda 10-18 min Taliban döyüşçüsü var. Onlara qarşı mübarizə aparan koalisiyanın tərkibindəki qüvvələrin sayı isə hazırda yüz minə çatıb.