Afrikada səfərdə olan Rusiya prezidenti Dmitri Medvedev deyib ki, ölkəsi Afrikadan Qərbə enerji təchizini idarə etmək niyyətində deyil. Onun bu fikri Qazpromun rəsmisinin dediyi ilə ziddiyyət təşkil edib. Bundan öncə Qazpromun nümayəndəsi demişdi ki, Rusiya Nigeriyadan Qərbə enerji ötürülməsini idarə edə bilər.
Medvedevin Namibiyaya səfəri zamanı ölkənin zəngin uran yataqları da rəsmi danışıqların mühüm subyekti olub.