Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:15

«Böyük Səkkizlər» İrandakı hadisələri müzakirə edəcəklər


Bu gün «Böyük Səkkizlik» ölkələri görüşürlər, İranda seçkidən sonrakı hadisələri müzakirə edəcəklər. Onlar həmçinin İran hökumətini ölkədə yaranmış böhranı sülh və demokratiya yolu ilə həll etməyə çağıracaqlar. İran tərəfi də İtaliyada keçiriləcək xarici işlər nazirlərinin görüşünə dəvət olunub. Amma rəsmi Tehran dəvəti rədd edib.

İranda 12 iyun seçkisinin rəsmi nəticəsinə görə, prezident Mahmud Əhmədinejat qələbə çalıb. Amma onun məğlub olan rəqibi Mir Hüseyn Musəvi iddia edir ki, seçki saxtalaşdırılıb, hökumət onun tərəfdarlarını həbs edib, mediaya çıxışını qapadıb.

XS
SM
MD
LG