Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:19

Maykl Cekson vəfat edib


Amerikanın məşhur pop ulduzu Maykl Cekson 50 yaşında vəfat edib.

O, gecə saatlarında təcili yardım maşını ilə Los Anjeles şəhərinin xəstəxanasına çatdırılıb. Ehtimal olunur ki, müğənni ürəktutmasından ölüb.

Tibbi mənbələr deyirlər ki, təcili yardım işçiləri onun Bel Airdəki evinə gələndə, müğənni nəfəs almırdı.

Maykl Cekson iyul ayında Londondan başlyaraq onlarla konsert verməyə hazırlaşırdı. Müğənninin səhhətində uzun müddət idi ki, problemlər yaranmışdı. O 12 il idi ki, konsert vermirdi.

XS
SM
MD
LG