Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:18

Yerevanda Saakaşvilidən muxtariyyət tələb edirlər


Mixeil Saakaşvili və Serj Sarkisyan Yerevanda, 24 iyun 2009
Mixeil Saakaşvili və Serj Sarkisyan Yerevanda, 24 iyun 2009
Gürcüstan prezidenti Mixeil Saakaşvili Yerevandan iki medal və bir fəxri doktor adı ilə qayıdır. İyunun 24-ü və 25-də Ermənistanda səfərdə olan Saakaşviliyə bu ölkənin ən yüksək mükafatı olan «Şərəf» medalı verilib. Yerevan Dövlət Universiteti isə ona özünün qızıl medalını və fəxri doktor adı verib.

YEREVANDA SAAKAŞVİLİ ETİRAZ AKSİYASI İLƏ DƏ QARŞILAŞIB

Amma Yerevanda Saakaşvili etiraz aksiyası ilə də qarşılaşıb. Gürcüstanın əhalisinin əksəriyyəti erməni olan Cavaxetiya regionunda ermənilərin hüquqlarının pozulduğunu deyən bir qrup adam etiraz aksiyası keçirib.

İyunun 25-də Saakaşvilinin Ermənistanın Baş naziri Tiqran Sarkisyanla görüşü zamanı keçirilən aksiyada Gürcüstanın dövlət başçısına etiraz bəyanatı oxunub.

Bəyanatda tələb edilir ki, «Gürcüstan ərazisində erməni apostol kiləsisinin hüquqi statusu tanınsın, erməni məktəblərinə qarşı təzyiqlərdən imtina olunsun».

Aksiya iştirakçıları həmçinin «Cavaxetiya regionunda erməni dilinin ikinci dövlət dili elan olunmasını, erməni-gürcü dövlət universitetinin yaradılmasını, bu regiona muxtar statusun Konstitusiya ilə təmin olunması üçün addımlar atılmasını, regionun əhali tərkibinin süni olaraq dəyişdirilməsi cəhdlərindən imtina edilməsini, əhalinin Ermənistanla əlaqələrinə maneə yaradılmamasını» tələb edirlər.

SERJ SARKİSYAN İSƏ GÜRCÜSTAN HAKİMİYYƏTİNƏ TƏŞƏKKÜR EDİB

Amma prezidentlərin dünən keçirdikləri mətbuat konfransında Serj Sarkisyan Cavaxetiyada iş yerlərinin açılması istiqamətində gördüyü işlərə görə Gürcüstan hakimiyyətinə təşəkkür etdiyini bildirirdi.

Sarkisyan Gürcüstanın dövlət başçısı ilə görüşləri haqqında isə şablon ifadələrlə məlumat verib:

- Biz ümumilikdə regiondakı bütün problemləri, xüsusilə də təhlükəsizlik məsələlərini müzakirə etdik. Ermənistan həmişə qeyd etdiyimiz kimi, bütün problemlərin həllinin yalnız dialoqla, qarşılıqlı inamın artırılması ilə mümkün olacağını bildirib.

Mixeil Saakaşvili isə deyib ki, sərhəddəki Zemo Larisi keçid məntəqəsini Rusiya tərəfi açan kimi onlar da açmağa hazırdırlar. Həmin keçid məntəqəsi Ermənistanın Rusiyaya quru ilə ən qısa yolu olduğu üçün Yerevanda onun açılmasını strateji məsələ hesab edirlər.

Rəsmi məlumata görə, hökumət nümayəndələri Gürcüstan ərazisi ilə Ermənistana yüklərin daşınması, gömrük sahəsində problemlərin həlli yollarını da müzakirə ediblər.

Ermənistanın İqtisadiyyat naziri jurnalistlərə bildirib ki, onlar Gürcüstanın Poti limanından Ermənistana yeni yolun tikintisini də müzakirə edirlər.

Qarabağ münaqişəsinə görə Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhədləri 15 ildən çoxdur ki, bağlıdır. Ona görə də Ermənistan İran və Gürcüstanla quru yollarını özü üçün həyati əhəmiyyətli məsələ hesab edir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG