Bu gün İraqda törədilmiş iki partlayış nəticəsində azı 7 adam ölüb.
Əl Fəllücə şəhərində polis maşını minaya düşüb, nəticədə 5 polis həlak olub.
Bağdadda isə şiə məhəlləsindəki avtovağzalda bomba partlaması nəticəsində 2 nəfər ölüb, 30-a yaxın adamsa yaralanıb.
Son günlər İraqda hücumların sayı artıb.
Təkcə dünən əsasən şiələrin yaşadığı Sədr şəhərində törədilmiş partlayış nəticəsində azı 70 nəfər ölüb, 100-dən çox adamsa yaralanıb.
Hadisə ABŞ qüvvələri şəhərə nəzarəti İraq qüvvələrinə verdikdən bir gün sonra olub.
Ekspertlər xəbərdarlıq edir ki, ABŞ qüvvələrinin İraqdan çıxarılması yaraqlıların fəallaşmasına səbəb ola bilər.
Amma Birləşmiş Ştatlar deyir ki, orduunun çıxmasıyla bağlı plan dəyişməyəcək.