Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:45

Angela Merkel Vaşinqtona gedir


Almaniyanın kansleri Angela Merkel bu gün Vaşinqtona gedir.

O səfər zamanı ABŞ prezidenti Barak Obamayla görüşəcək.

Liderlər qlobal iqtisadi böhranla mübarizə yollarını ,Əfqanıstan məsələsi, və Şimali Koreyanın nüvə proqramı ətrafında yaranmış vəziyyəti müzakirə edəcəklər.

Məlumatlara görə görüşdə İranda baş verən son hadisələrə də toxunulacaq.

Bu Barak Obamanın prezident seçilməsindən sonra Angela Merkelin Birləşmiş Ştatlara ilk səfəridir.
XS
SM
MD
LG