Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:37

Azərbaycanda qadınlara səsvermə hüququ ABŞ-dan əvvəl verilib


İyunun 28-29-da İsrail prezidenti Şimon peresin Azərbaycana səfəri gözlənilir.

Səfər zamanı Şimon Peresi böyük nümayəndə heyəti müşayiət edəcək.

Şimon Peres səfər ərəfəsində Trend agentliyinə müsahibəsində deyib ki, İsrail iqtisadi və elmi sahələrdə Azərbaycanla möhkəm əlaqələr qurmaq istəyir.

Şimon Peres qeyd edib ki, Azərbaycan təkcə böyük neft və qaz ehtiyyatlarına
deyil, həm də zəngin mədəniyyətə malik ölkədir və Azərbaycanda qadınlara səsvermə hüququ İsveçrə və Birləşmiş Ştatlardan əvvəl verilib.

O həmçinin Dağlıq Qarabağ münaqişəsilə bağlı suala cavab verərkən Azərbaycanın ərazi bütövlüyünü müdafiə edib.
XS
SM
MD
LG