Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:57

İranda 70 universitet professoru həbs olunub


Tehranda Mirhüseyn Musəvinin tərəfdarları
Tehranda Mirhüseyn Musəvinin tərəfdarları
İran müxalifətinin lideri Mirhüseyin Musavi dünən onunla görüşmüş xeyli universitet müəlliminin saxlandığını deyir.

Musavi internet saytında yaydığı məlumatda həmin görüşdə iştirak eləmiş 70 adamın görüşdən sonra həbs olunduqlarını yazır.

Amma bu mıəlumat hələlik müstəqil və ya rəsmi mənbələr tərəfindən təstiqlənməyib.

İrandan son xəbərlər


İslahatçıların sözlərinə görə ümumiyyətlə iyunun 12-də keçirilmiş mübahisəli prezident seçkilərindən bu yana ölkədə baş vermiş iğtişaşlarda azı 17 nəfər ölüb, yüzlərlə islahatçı fəal və siyasi xadimsə həbs olunub.

Prezidentliyə namizəd Mirhüseyin Musavi nəticələrin indiki prezident Mahmud Əhmədinejadın xeyrinə saxtalaşdırıldığını deyir.

Amma hakimiyyət ittihamı rədd edir.

İran prezidenti Mahmud Əhmədinejad bu gün ABŞ prezidenti Barak Obamanı ölkənin daxili işlərinə qarışmamağa çağırıb.

İran həmçinin Böyük Səkkizlər ölkələri xarici işlər nazirlərinin İtaliya görüşündə iştirakdan imtina edib.

İran bu görüşə ABŞ-ın dəstəyi ilə dəvət almışdı.

Birləşmiş Ştatlar Əfqanıstan və Pakistanla bağlı müzakirələrə İranın da qatılmasını istəyirdi.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG