Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 11:14

ABŞ bazasında saxlanılan məhbuslar onlarla pis rəftar olunduğunu deyib


Əfqanıstandakı Amerika bazasında saxlanılan bir qrup keçmiş məhbus onlarla pis rəftar olunduğunu deyir.

Bu barədə BBC-i xəbər verib.

BBC-i 27 keçmiş məhbus arasında sorğu keçirib.

Onlardan 25-i həbsxanada döyüldüklərini, yuxusuz qaldıqlarını və üstlərinə it qısqırdıldığını deyib.

Onların hamısı Əl Qaida və talibaçılarla əlbir olmaq ittihamıyla 2002-ci ildən 2008-ci ilədək Amerikanın Bagram bazasında həbsdə olub, sonradan məhkəməsiz azad olunublar.

Birləşmiş Ştatların müdafiə nazirliyi ittihamı rədd edir, onlarla hümanist rəftar olunduğunu deyir.
XS
SM
MD
LG