Keçid linkləri

2024, 06 Oktyabr, bazar, Bakı vaxtı 10:34

Media Hüquqları İnstitutu ofisindən çıxarılır


Media Hüquqları İnstitutunun direktoru Rəşid Hacılı
Media Hüquqları İnstitutunun direktoru Rəşid Hacılı
Media Hüquqları İnstitutunu hazırda yerləşdiyi ofisindən çıxarılır. İnstitutun direktoru Rəşid Hacılı «Azadlıq» radiosuna bildirib ki, bu barədə ev sahibəsi onlara xəbərdarlıq edib:

«Ev sahibəsi bildirdi ki, ona bizi ofisdən mümkün qədər tez çıxarmağı tapşırıblar».

Cənab Hacılı hesab edir ki, bu sifariş hansısa dövlət qurumdan gələ bilər: «Biz media məsələləri, jurnalistlərin hüquqları ilə bağlı məmurlarla tez-tez məhkəmə çəkişmələrində oluruq. Görünür ev sahibəsinə də bu çəkişmələrdə maraqları təmin olunmayan hansısa dövlət məmuru təsir göstərib».

Bağlanmış icarə müqaviləsinə əsasən, tərəflər sazişin ləğv edilməsi haqda bir-birinə 2 ay əvvəldən xəbərdarlıq etməlidirlər. Bu müddət ərzində Media Hüquqları İnstitutu yeni ofisə köçməyə hazırlaşır.
XS
SM
MD
LG