Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:02

Musavinin həyat yoldaşı həbs olunanları təcili azad etməyə çağırıb


İranda prezidentliyə namizəd Mirhüseyin Musavinin həyat yoldaşı Zəhra Rahnavard etiraz nümayişlərində həbs olunanları təcili azad etməyə çağırıb.

Onun bu bəyanatı Musavinin vebsaytında yayılıb.

Zəhra Rahnavard küçələrə ordu qüvvələri çıxarılmasını tənqid edib və bildirib ki, qanuni, hüquqi etirazları davam etdirmək onun borcudur.

Zəhra Rahnavard seçkiqabağı kampaniyada daima həyat yoldaşının yanında olub.

O ixtisasca heykəltaraş və akademikdir.
XS
SM
MD
LG