Keçid linkləri

2024, 02 Noyabr, şənbə, Bakı vaxtı 08:38

Möhsum Rzai şikayətini geri götürüb


İranda prezidentliyə namizədlərdən biri Möhsüm Rzai seçkinin saxtalaşdırılmasıyla bağlı şikayətini geri götürüb.

Rzai İnqilab Şurasına göndərdiyi məktubda deyir ki, bunu ölkədəki siyasi vəziyyət və sabitlik naminə edir.

İyunun 12-də keçirilmiş prezident seçkilərində indiki prezident Mahmud Əmədinejadın qalib gəldiyi elan edildikdən sonra ölkədə kütləvi etiraz nümayişləri keçirildi.

Müxalifət nəticəılərin ləğvini və ölkədə təkrar seçki keçirilməsini tələb edir.

Polis və hərbçilərlə toqquşmalarda azı 17 adam ölüb, minlərlə nümayişçi həbs olunub.

Polis və hökumətpərəst Bəsic qrupu yeni nümayişlərə imkan vermir.

Tehranın küçələrinə minlərlə polis və hərbçi çıxarılıb.
XS
SM
MD
LG