Keçid linkləri

2026, 24 İyun, çərşənbə, Bakı vaxtı 02:13

«Parisdəki görüşdə həmsədrlər də iştirak edəcəklər»

İyunun 26-da Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin Parisdə keçiriləcək görüşündə ATƏT-in Minsk qrupunun həmsədrləri də iştirak edəcəklər. Bunu Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov bildirib.

Onun sözlərinə görə Azərbaycan tərəfi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı bu ilin sonunadək bir nəticə ələ edilməsini istəyir, lakin bu təkcə Azərbaycan tərəfindən asılı deyildir.
XS
SM
MD
LG