Keçid linkləri

Təcili xəbərlər
2023, 28 May, bazar, Bakı vaxtı 07:17

Çində tanınmış dissident həbs olunub


Çində məşhur dissident Lyu Syaobo həbs edilib. Dövlət xəbər agentliyinin verdiyi məlumata görə Syaobo iyunun 23-ü Çində sosialist quruluşu devirməyə təhrik etmə ittihamı ilə həbs edilib.

Lyu Syaobo hakimiyyəti tənqid edən fəal və alimdir. O, 1989-cu il Tyananmen meydanında tələbə hərəkatının iştirakçısı olub.

Axırıncı dəfə o, 2008-ci ilin dekabrında həbs olunaraq ev dustağı edilmişdi. Səbəb onun Çin hökumətinə demokratiya və insan haqlarının qorunmasına əməl edilmə ilə bağlı «Səkkinci Xartiya»-nın hazırlanmasında iştirak idi.
XS
SM
MD
LG