Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:14

İtaliya Tehrandakı səfirliyinin qapılarını etirazçıların üzünə açır


İtaliya xariciişlər nazirliyi bəyan eləyib ki, Tehrandakı etirazlarda yaralanan dinc nümayişçiləri öz səfirliyində qəbul eləməyə və onlara yardım eləməyə hazırdır. Nazirliyin sözçüsü Maurizio Massari bildirib ki, hələ ki onlara müraciət edən olmayıb.

Bu arada Böyük Britaniyanın Xarici İşlər Nazirliyi Tehrandakı səfirliyinin işçilərini və ailələlərini evakuasiya eləməyə başlayıb. Nazirlik bildirib ki, ölkədəki vəziyyətin gərginləşməsi və rəsmilərin qərbin ünvanına sərt ittihamları üzündən bu addımı atmağa məcbur olublar.
XS
SM
MD
LG