Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:26

Tehranda polis daha bir aksiyanı dağıdıb


Tehranın mərkəzində seçkinin nəticlərinə etiraz edən yüzlələr aksiyaçıya qarşı polis gözyaşardıcı qazdan, suvuran maşınlardan və dəyənəklərdən istifadə eləyib. Asoşeyted Pressin xəbərinə görə, Həft-e-Tir meydanında toplaşanları dağıtmaq üçün havaya atəş də açılıb. Etirazçıların meydana girməsindən az sonra polis etirazçılara hücuma keçib və aksiyanı dağıdıb.

Tehrandan verilən xəbərlərə görə şəhərin bütün meydanları və cammatın toplaşa biləcəyi yerlər xüsusi təyinatlı polislər tərəfindən qorunur.

İran rəsmilərinin verdiyi informasiyaya görə, seçkidən sonra baş verən toqquşmalarda azı 17 nəfər həlak olub.
XS
SM
MD
LG